Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin Adana şəhərindəki “Solitek” şirkəti hazırladığı saxlama panelini və avtomatlaşdırma sistemini Azərbaycana ixrac edir. Bunlardan, əsasən, Qarabağ bölgəsində kənd yerlərinin günəş enerjisinə tələbatını ödəyəcək baza stansiyalarında istifadə olunacağı nəzərdə tutulur.
İçərisində litium-dəmir fosfat batareyaları olan panel günəşli havalarda enerjinin istifadə olunmamış hissəsini saxlayaraq baza stansiyasının gecə də işləməsini təmin edəcək. Havanın buludlu olduğu və günəş enerjisi istehsalının təmin edilə bilmədiyi hallarda stansiyanın ehtiyac duyduğu elektrik enerjisi şirkət tərəfindən hazırlanmış avtomatlaşdırma proqramı ilə Türkiyədən gətirilən generatordan təmin ediləcək. Eyni zamanda avtomatlaşdırma ilə generatordan əldə edilən elektrik enerjisinin bir hissəsi də paneldəki batareyalarda saxlanılacaq.
Adana şirkəti artıq 33 panel və avtomatlaşdırma sistemindən 25-ni tamamlayaraq Qarabağa göndərib.
XQ