Qara dənizdən Avropaya “yaşıl enerji” platforması

post-img

Bu dəhlizlə ölkəmizdən 4 qiqavat bərpaolunan enerji nəql 

Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsinin reallaşdırılması regionda və Avropada yeni əməkdaşlıq mühitinin formalaşmasına səbəb olub. 

Bu, 2022-ci il dekabrın 17-də Buxa­rest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hö­kumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaş­lıq haqqında Saziş”in imzalanmasından sonra reallaşıb. Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq dörd ölkə­nin–Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb: “Həmin layihənin Məş­vərət Şurasının ilk iclası fevralda Bakıda, ikinci toplantısı isə bu yaxınlarda – ötən ay Tbilisidə keçirilib. Bu layihə yüksək dəyərləndirilib və o sadəcə, “Qara dəniz kabeli” kimi deyil, həm də Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerji­ni ötürən vasitə kimi qəbul edilib”.

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqın­da Saziş”in icrası məqsədilə keçirilən nazirlərin beşinci iclasında çıxış edən energetika naziri Pərviz Şahbazov ölkəmizdə bərpaolunan enerji potensi­alının reallaşdırılması və “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” la­yihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada tə­chizatın təhlükəsizliyinin gücləndirilmə­sinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətlən­dirməyin əhəmiyyətini vurğulayıb. 

Bildirilib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviy­yədə təsdiqləyib: “Bu layihə Azərbay­canın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”­nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ay­rılıb və növbəti proseslərə start veri­lib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpaolunan mənbələrdən enerji istehsalı, bu ener­jinin ötürülməsi və satışı istiqamətlərin­də sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.

Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın la­yihəyə qoşulması, Avropa İttifaqı tərə­findən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya ara­sında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəa­liyyəti kimi məsələlər nəzərdən keçiri­lib.

Xatırladaq ki, 2021-ci ilin dekab­rında dörd ölkənin liderləri tərəfindən Buxarestdə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə, dənizaltı ka­bel vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana elektrik enerjisinin təda­rükünə dair saziş imzalanandan qısa müddət sonra isə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto uzunluğu 1195 kilometr kabel layihəsinin texniki-iqtisadi əsas­landırma dəyərinin 2,5 milyon avro olacağını və bu mənbəyin Dünya Ban­kının vəsaiti hesabına qarşılanacağını bildirib. 

Macarıstan hökumətinin bildir­diyinə görə, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir. Layihəyə dörd il ərzində investisiya yönəldilməsi nəzərdə tu­tulur. Transqafqazdan gələn ekoloji cəhətdən təmiz elektrik enerjisinin bir hissəsinin Macarıstanda istifadə edil­məsi, bir hissəsinin isə oradan başqa ölkələrə göndərilməsi planlaşdırılır. Elektrik xətti boyunca fiber-optik kabe­lin çəkilməsi də nəzərdə tutulur.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Maca­rıstana elektrik enerjisinin ötürülmə­sindən sonra Azərbaycan-Macarıstan arasında idxal və ixrac nisbətlərinin dəyişəcəyi də gözlənilir. Bu əminliyi isə ötən ilin sonunda Buxarestdə Macarıs­tan–Rumıniya, Gürcüstan və Azərbay­canın birgə imzaladığı sənədlə respub­likamızda istehsal olunacaq elektrik enerjisinin Qara dənizin dibi ilə Maca­rıstana qədər çatdırılması layihə–kon­sepsiyasının mövcudluğu yaradır. 

Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsi ilə bağlı artıq tex­niki və maliyyə məsələləri nəzərdən keçirilir. Bununla da, 1195 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəmərinin tikintisi planlaşdırılır. Beləlik­lə, Azərbaycan qazının Avropaya, eyni zamanda Macarıstana nəqli nəticəsin­də “mavi yanacağ”ın həcminin getdik­cə artması, respublikamızda istehsal ediləcək elektrik enerjisinin Macarıs­tana ixracı iki ölkə arasındakı ticarət dövriyyəsinin kəskin şəkildə artacağını şərtləndirir. 

Sözügedən layihənin implemen­tasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı im­kanlarının genişləndirilməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorun­dakı zəngin külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükə­sizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Son illər dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçidə maraq xeyli artıb. Məlum olduğu kimi, hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpaolunan enerji mənbələ­rinin payına düşür. Artıq bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələrin belə, enerji sahəsində dövlət siyasətinin tərkib hissəsinə çev­rilib. 

Bunun nəticəsidir ki, bərpaolunan enerji mənbələrinin energetika sekto­runda payı getdikcə artır. Hətta bir sıra ölkələr 2035–2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imtina et­məyi və “yaşıl enerji”dən istifadəyə keçməyi planlaşdırırlar. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələ­rinin payının 30 faizə çatdırılması, iş­ğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” məkanına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. 

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elekt­rik stansiyaları da daxil olmaqla bərpa­olunan enerji mənbələrinin payı 17 faiz təşkil edir. Bu da 1278 meqavat elektrik enerjisi deməkdir. 

Qara dənizin dibi ilə kabelin çəkil­məsi başa çatana qədər isə ölkəmiz “yaşıl enerji” istehsalını təmin etməlidir. Prezident İlham Əliyevin Azərbayca­nın “yaşıl enerji” ilə bağlı potensialı­nın hərəkətə gətirilməsi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, ötən müddətdə 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaedilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalanılıb. “Hazırda onun təxminən 500 meqavatı üçün tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzin­də planlaşdırırıq. 700 meqavatdan ar­tıq günəş və külək enerjisini biz ola bil­sin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin bö­yük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”, – deyə Prezident İl­ham Əliyev fikrini tamamlayıb.

Göründüyü kimi, Azərbaycan Avro­panın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi ilə bağlı mühüm işlər görür. Bu istiqamətdə birgə əməkdaşlığın isə Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcəyi şəksizdir.

V.BAYRAMOV
XQ

İqtisadiyyat