Əhali əmanətlərinin 64,9 faizini milli valyutada qoyub

post-img

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13,2 faiz artaraq oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,47 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 64,9 faizi milli, 35,1 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 1,2 faiz artıb.

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,80 (1,84) manata, 100 türk lirəsinə 6,10 (7,69) manata, 100 rus rubluna 1,75 (2,04) manata bərabər olub.

İqtisadiyyat