Bunu XQ ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
A.İbrahimov bildirib ki, Azərbaycan öz valyuta kursunu dollar müqabilində müəyənləşdirir, xüsusilə bazarda dollara qarşı stabil saxlamaqla tənzimləyir:
"Azərbaycanın özünəməxsus milli iqtisadiyyatı var, dünyada tətbiq olunmayan iqtisadi qaydalar, Azərbaycanda tətbiq olunur və milli valyutanın dəyəri Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir.
Valyutanın müəyyən bir qiymətdə saxlanılması üçün əlavə valyuta ehtiyatları bazara çıxır və bununla da Azərbaycanda valyuta ehtiyatları stabil olaraq saxlanılır. İllərdir dollar qarşısında Azərbaycan manatının valyuta əmsalı stabildir.
Bir çox əməliyyatlar dollarla aparıldığı üçün neftin, qazın, karbo hidratlar və qeyri-neft sektorunda edilən əməliyyatlar daha çox ABŞ dolları ilə aparıldığı üçün Azərbaycn öz strategiyasını buna uyğun olaraq müəyyənləşdirir və həmin valyutaya uyğun olaraq stabil saxlamağa çalışır“.
Ayşən AZADOVA XQ