Rusiya baş nazirinin müavini Aleksandr Novakın mətbuata verdiyi məlumata görə, ölkəsində qazlaşdırmanın səviyyəsi 70 faizdən çoxdur, qonşu şimal dövlətlərində isə bu göstərici 3 faiz təşkil edir. Onun sözlərinə görə, qazlaşdırma Avropa ölkələrində, məsələn, Almaniyada 47 faiz, Fransada 38 faiz, İspaniyada 32 faiz, Norveç, İsveç kimi ölkələrdə 3 faiz səviyyəsindədir.
Azərbaycanda qazlaşma səviyyəsi isə 96,3 faiz təşkil edir. Beləliklə, ölkəmiz bu göstərici üzrə Rusiyanı 23,3 faiz qabaqlayır.
XQ