Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

post-img

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 270 min ədəd artaraq 15 milyon 939 min ədəd olub.

Mərkəzi Bank xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.4 faiz, kredit kartları üzrə 23.8 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 91 min, kredit kartları 411 min, digər kartlar isə 2.2 milyon ədəd artıb.

İqtisadiyyat