Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin gəlirlərinin 12 milyard 73 milyon manat, xərclərinin isə 12 milyard 862 milyon manat olacağı gözlənilir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunan proqnozları ilə müqayisədə müvafiq olaraq 26,1 faiz az və 8,5 faiz çoxdur.
Son nəticədə ARDNF-nin büdcəsində 788,7 milyon manat kəsir yaranmalıdır. Builki proqnoz 4 milyard 487,5 milyon manat profisitdir.
XQ