2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatını və yaxud 10,4 faizini işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 faiz azdır.
Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 faizini təşkil edəcək.Gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
P.ƏFƏNDİ