Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markalarının möhürlənmə mərasimi olub.
Mərasim Heydər Əliyev Mərkəzində keçirilib.
Azərbaycan Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri (Clay Mowry) markaları imzalayıblar.
“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində iki növ blok olmaqla, hər biri 5 000 ədəd tirajla çap edilib. Buraxılış üzrə hər bir blok 4 marka, ümumilikdə isə 8 markadan ibarət kiçik vərəqlər şəklindədir.
Möhürlənmə mərasimindən sonra “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri, IAF-ın icraçı direktoru Kristian Faytinger Azərbaycanın poçt markaları nümunələri ilə tanış olublar.
Sonda IAF-ın prezidenti Kley Mouri və təşkilatın icraçı direktoru Kristian Faytinger marka olan zərfə imza atıblar.