İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilib ki, bu da həmin ərazilərin 2050-ci ilə qədər “karbon neytrallığı zonası” elan edilməsinə imkan yaradıb.
Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilər üçün Karbon Neytrallığı Konsepsiyasının layihəsi hazırlanıb. Aztullantılı iqtisadiyyat, "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası - bütün bunlar davamlı şəhərsalma istiqamətində ümumi səylərə töhfə verəcək. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilər böyük quruculuq, infrastruktur, eləcə də unikal ekosistemin bərpası məkanına çevirilir. Bu ərazilərdə dayanıqlı şəhər inkişafı konsepsiyası həyata keçirilir.