2024-cü ildə ümumi daxili məhsul 2,4 faiz artacaq

post-img

“Yüksək templərlə davam edən iki illik artımdan sonra (2021-2022-ci illərdə) Azərbaycanda ÜDM-in artım tempi yanvar-iyul aylarında illik 0,7 faizə qədər azalıb. Qeyri-neft sektorunda artım 3,4 faiz, neft-qaz sektorunda isə 2,2 faiz azalıb. Bununla belə, əlverişli neft qiymətləri və Azərbaycan qazına artan tələbat fonunda ixrac və fiskal gəlirlər davamlı olaraq qalır”. 

Bu barədə  Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)  məlumat yayıb. Bankın proqnozuna görə, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,5 faiz, 2024-cü ildə isə 2,5 faiz olacaq. Bankın hesablamalarına görə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in artım tempinə neft-qaz bazarındakı vəziyyət təsir edəcək.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü il üçün ÜDM-in artımını 1,9 faiz, 2024-cü il üçün 2,4 faiz səviyyəsində proqnozlaşdırır.

P.ƏFƏNDİ

İqtisadiyyat