Bankların xalis və əməliyyat mənfəəti artıb

post-img

2023-cü ilin yanvar–avqust aylarında bankların xalis və əməliyyat mənfəəti artıb. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müvafiq olaraq 23 faiz və 25 faiz təşkil edib. Banklar 724.2 milyon manat xalis mənfəət, 1,064 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz və ya 51.7 milyon manat daha çoxdur.

 

P.ƏFƏNDİ

 

İqtisadiyyat