Neft bahalaşıb

post-img

Bu gün dünya bazarında neftin qiyməti qalxmağa başlayıb. Hazırda bazarda treyderlər tələbat və təkliflərlə bağlı yeni siqnallar gözləyirlər. Məlumatı “İnterfaks.ru” verib.

Məlumata görə, Londonun İCE birjasında “Brend” markalı neftin bir bareli 91 dollar təşkil edir ki, bu da əvvəlki sessiya bağlanarkən olan qiymətdən 0,36 dollar (0,4 faiz) çoxdur. 

Dünən bağlanmış müqavilələrdə bir barel üçün qiymət 90,64 dollar göstərilib. 

XQ

İqtisadiyyat