Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681 milyon manat xərclənib. Bununla da 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara satışdan əldə edilən gəlir 5,7 faiz artıb.
Bu ilin ötən 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədikləri vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
“Xalq qəzeti”

