İlin əvvəlindən ticarətin həcmi 30 milyard dolları ötüb

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 faiz çoxdur.

7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son nəticədə xarici ti­carətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. 

“Xalq qəzeti”

İqtisadiyyat