Bakı Dəniz Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənlinin mətbuata açıqlamasında cari ilin yanvar-iyul aylarında adıçəkilən liman ilə yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib.
X.Həsənlinin sözlərinə görə, Türkiyə ilə Mərkəzi Asiya arasında təkərli nəqliyyat vasitələrinin dövriyyəsi 120 min TIR təşkil edir. Bu gün həmin texnikanın, təxminən, 25 faizi Azərbaycan ərazisindən daşınır. Bu rəqəmin 50 faizə və ya 60 min ədədə çatdırılması qarşıda mühüm vəzifə kimi durur.
Hazırda Türkiyə ilə Özbəkistan arasında 20 min TIR təkərli nəqliyyat vasitələrinin dövriyyəsi var. Azərbaycan bu ölkələr arasında təkərli nəqliyyat vasitələrinin ölkəmizin ərazisindən daşınmasını daim diqqətdə saxlayır.
“Xalq qəzeti”

