İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasına görə, indiyədək alınan mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.
Məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci il avqustun 1-dək portalda qeydiyyatdan keçən istehlakçılara, ümumilikdə, 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, cari ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.
“Xalq qəzeti”

