Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 1 milyard 817 milyon kubmetr təşkil edib.
Təbii qaz üzrə ehtiyatların 29,9 faizi respublika daxilində istehlak olunub, 56,5 faizi ixraca yönəldilib, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb.
Ölkə daxilində istehlaka yönəldilən təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
Bu ilin yanvar-iyun aylarında 1 milyard 180 milyon kubmetr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox təbii qaz ixrac edilib.
“Xalq qəzeti”

