Ağdam Sənaye Parkına 176 milyon manat investisiya qoyulacaq

post-img

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, həmin vəsait 19 rezident və 6 qeyri-rezident tərəfindən ayrılacaq. Həmçinin parkda 25 subyekt tərəfindən 1,7 min iş yeri açılacaq. 

Ağdam Sənaye Parkında qeydə alı­nan rezidentlər tərəfindən inşa edilən ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir. Bununla da Azərbaycanın iş­ğaldan azad olunan ərazilərində böyük sənaye istehsalı bərpa ediləcək. Sənaye parkında qeydə alınan rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir ki, ümumi ərazisi 190 hektar olacaq sənaye parkının qurul­ması iki mərhələdə nəzərdə tutulub. Artıq əsas işlər birinci mərhələdə tamamlan­maq üzrədir. Hazırda sənaye parkında 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Burada istehsal olunan məhsullar işğalçıdan təmizlənən rayonların əksə­riyyətində aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək, eyni zamanda, digər rayonlara göndəriləcək, həm də xa­ricə ixrac olunacaq. 

Parkın prioritet sahələri tikinti mate­riallarının istehsalı, qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalıdır. Bir sıra layihələr dəyərlən­dirmə mərhələsindədir, qiymətləndirmə komissiyası tərəfindən nəzərdən keçirilir. Bu müəssisələr həm də bərpadan sonra şəhərə qayıdacaq sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq. 

“Xalq qəzeti”

İqtisadiyyat