Dəniz nəqliyyatı ilə yükdaşıma artıb

post-img

Cari ilin yanvar-iyun aylarında ölkəmizdə dəniz nəqliyyatı ilə 4 milyon 514,7 min ton yük daşınıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 56,2 faizi xam neftin payına düşüb. 

Hesabat dövründə dəniz limanları tərəfindən 6 milyon 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata ke­çirilib. Bunun da 5 milyon 211,8 min tonunu və ya 82,4 faizi­ni tranzit yüklər təşkil edib. 2023-cü il iyul ayının 1-i vəziyyə­tinə limanlarda qalan yüklərin həcmi isə 237,3 min ton olub. 

İlin birinci yarısında bu nəqliyyat növü ilə daşınmış sər­nişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat