Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması gözlənilir

post-img

Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Bu barədə Rusiyanın nəqliyyat nazirliyinin rəhbəri Vitali Savelyev Dövlət Dumasında hökumət saatında bildirib.

“2023 – cü ilin mayında" Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astana dəmir yolu xəttinin itkin hissəsinin tikintisi məsələsinin təxminən 20 illik müzakirəsinin nəticəsidir. Biz tikintinin 2028-ci ilə qədər tam başa çatdırılmasını gözləyirik”.

Savelyev qeyd edib ki, “Rusiya Dəmir Yolları” holdinqinin 2023-cü ildə məqsədi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi  vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.

"Xalq qəzeti"

 

İqtisadiyyat