Dağıdılmış ərazilərdə 80 layihə icra olunur

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 80 investisiya layihəsi həyata keçirilir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından aldığımız məlumata görə, bu layihələr, əsasən, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir.

Bildirilib ki, Qarabağ və Şərqi Zən­gəzur böyük iqtisadi potensiala malikdir. Xüsusən də bioloji təmiz kənd təsər­rüfatı məhsullarının yetişdirilməsi, mə­dən sənayesi, turizm potensialına görə unikal ərazilər hesab edilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamı çərçi­vəsində düşməndən təmizlənən torpaq­larda fəaliyyət göstərən iş adamlarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, vergi, sosial sığorta, kommunal xidmətlər və digər güzəştlərin tətbiqi diqqətdə saxlanılır.

“Xalq qəzeti”

İqtisadiyyat