Sığorta bazarı 2 dəfə böyüyüb

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev “Sığorta mübahisələrinin uğurlu həlli yolu” adlı konfransda cari il sığorta bazarının həcminin 1,2-1,3 milyard manata çatacağının gözlənildiyini bildirib. 

Baş direktor 2019-cu ildə res­publikada 650 milyon manat sığor­ta ödənişinin toplanıldığını, 2023-cü ilə bu rəqəmin 1,2-1,3 milyard manat olacağını, bununla da son 4 il ərzində sığorta bazarının, təqribən, 2 dəfə ge­nişlənəcəyini vurğulayıb. 

Xatırladaq ki, 2022-ci ildə Azər­baycanda sığorta şirkətləri 970 milyon 822 manatdan yuxarı sığorta haqqı toplayıb, ödənişlər isə 433 milyon 202 manat təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat