Xaricə 886,1 milyon dollarlıq kənd məhsulu göndərilib

post-img

Ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi adıçəkilən sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

Aqrar sahəyə dair müasir innovasi­yalar və texnologiyalara, texnoloji yeni­liklərə əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub və bu, məhsul istehsalının artmasın­da mühüm rol oynayıb. Nəticədə, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub, İxracın həcmi isə əvvəlki illə müqayisədə 1 faiz artıb. 

“Xalq qəzeti”

İqtisadiyyat