Qazaxıstan neftinin BTC ilə nəqlinə başlanılıb

post-img

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatına görə, “Tengiz” yatağından hasil edilən Qazaxıs­tan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Xatırladaq ki, Qazaxıstan nefti­nin BTC ilə nəqli SOCAR və “KazMu­nayQaz” şirkəti arasında ildə 1,5 mil­yon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. Bu ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçiril­məsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşüb. 

Yeri gəlmişkən, SOCAR Qazaxıs­tan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şə­bəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Həmin layihələr isə BTC-nin ötürmə gücündən istifadə imkanını artırıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat