Koreya şirkətlərinin Azərbaycana investisiya yatırması imkanları dəyərləndirilib

post-img

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbər heyəti Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Kyekvon Jo və Koreyanın ölkəmizdəki səfirliyinin birinci katibi xanım Youkyoung Hvang ilə görüşüb.

AZƏRTAC ASC-yə istinadla xəbər verir ki, görüşdə Azərbaycan Sənaye Korporasiyasının portfelinə daxil olan fəaliyyət sahələri üzrə, xüsusilə alüminium sənayesi ilə bağlı potensial layihələr barədə danışıqlar aparılıb. Bundan əlavə, Koreya şirkətləri ilə əlaqələrin qurulması, birgə əməkdaşlıq perspektivləri, yeni investorların cəlb olunması və investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində də müzakirələr edilib.

Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində yeni görüşlərin keçirilməsi qərara alınıb.

İqtisadiyyat