Yevlax rayonunda təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin edilir

post-img

“Aztelekom” MMC Yevlax rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Yevlax şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 10354 təsərrüfatdan 8284 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

İrəvanlı, Duzdağ qəsəbəsində və Cırdaxan, Yuxarı Qarxun, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Nemətabad, Yaldili, Qoyunbinəsi, Rüstəmli, Malbinəsi, Kövər, Kolanı, Qaramanlı, Nəmirli, Göyük, Dəlləklər, Hacımahmudlu, Nurallar, Balçılı və Yuxarı Salamabad kəndlərində 20531 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 71%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə rayon ərazisində 13384 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

İKT