Nyu-York küçələrinin yeni robot qoruyucuları

post-img

Nyu-York Polis Departamenti (NYPD) polislərin işini asanlaşdırmaq üçün “Robocops” layihəsini təqdim edib. Xəbəri “cnn.com” saytı verib. 

NYPD bu layihə üçün sərvət fondundan 750 min dollar xərcləyərək “Boston Dynamics” şirkəti ilə razılaşıb. “Digidog” adlı robotlar itə bənzəyən dörd ayaqlı quruluşdan ibarətdir. Möhkəm materiala malik olan robotlar aşmağa və zərbələrə qarşı yüksək dayanıqlıdır.

“Digidogs”lar tamamilə avtonom işləyir. Yəni öz süni intellekt intuisiyaları ilə öz qərarlarını verirlər. Bu itə oxşayan robotlar polis əməkdaşlarının girməsinin çox təhlükəli olduğu, bomba riskinin çox yüksək olduğu əməliyyatlarda ətraf mühitlə bağlı lazımi məlumatları qruplara çatdıra bilirlər. Təşkilat bu robotların polislərə çox faydalı olacağını düşünürlər.

Qeyd edək ki, təşkilat bu layihəni 2 il əvvəl həyata keçirmək istəyib. NYPD bu robotların təşkilat daxilində istifadə edəcəyini bildirsə də, Nyu-York əhalisi bu layihənin çox lazımsız olduğunu düşünürək şiddətli reaksiya veriblər. Bu dəfə isə NYPD robotlardan istifadə etməkdə qərarlıdır.

Əfsanə ƏHƏDLİ,
"Xalq qəzeti"

 

 

 

İKT