Azərbaycan Kubokunda 1/4 final

post-img

Dünən futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Günün yeganə matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Xatırladaq ki, tərəflər arasında baş tutan ilk matçda qolsuz bərabərlik qeydə alınmışdı. Beləliklə, 2 oyunun nəticəsinə görə bakılılar 1/2 finala vəsiqə qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman