Ahıl şəxslər arasında dama yarışı

post-img

Martın 3-də “İdman həftəsi” çərçivəsində ahıl şəxslər üçün sosial xidmət müəssisəsində dama yarışı keçirilib.

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda qadınlar arasında birinci yerə Raisa Şaqudilina, ikinci yerə isə Müslimat Rzaxanova layiq görülüblər. Kişilər arasında isə birinci yeri Abbas Abbasov, ikinci yeri Xanlar Camıyev və üçüncü yeri isə Əlisəfa Mirzəliyev tutublar.

Yarışın sonunda qaliblər diplom və mükafatlarla təltif olunublar.

Qabil YUSİFOĞLU
XQ







İdman