Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirində ikinci yarış gününə yekun vurulub.
Baş sponsor "Silk Way West Airlines" və sponsor "Flex Pro"nun dəstəyi ilə keçirilən "İnternational Challenge" kateqoriyalı turnirdə 33 ölkədən 347 badmintonçu iştirak edir. İkinci yarış günündə təsnifat mərhələsinin görüşlərinə yekun vurulub. Fevralın 5-dən başlayaraq 5 kateqoriya üzrə əsas mərhələnin pley-off qarşılaşmalarına start veriləcək. Xatırladaq ki, turnirə fevralın 8-də yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ

