Boks hakimimiz Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

post-img

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq. Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarışlar sabah start götürəcək və 4 gün davam edəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman