Şahdağda qar voleybolu üzrə ölkə kuboku keçiriləcək

post-img

Qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kuboku keçiriləcək.

XQ xəbər verir ki, yarış 24–25 yanvar tarixlərində Şahdağ Turizm Mərkəzində təşkil olunacaq. Turnirdə qadınlar arasında 5 komanda — “Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2”, “Qaraqaya”, kişilər arasında isə 4 kollektiv— “Gənclər”, “Qaraqaya”, “Baku Fires”, “Azərreyl” iştirak edəcək.

Oyunlar dairəvi sistem üzrə keçiriləcək. Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.

Qeyd edək ki, qar voleybolu üzrə ölkə çempionatı Azərbaycanda ilk dəfə ötən ilin yanvar ayında keçirilib.

İdman