Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

post-img

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

XQ

İdman