Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatı çərçivəsində iki kateqoriya üzrə mübarizəyə yekun vurulub. Gərgin idman rəqabəti ilə yadda qalan yarışların ilk mərhələsində idmançılar U21 və böyüklər kateqoriyaları üzrə öz məharətlərini nümayiş etdiriblər.
U21 kateqoriyası üzrə qadınların yarışında Fatimə Hüseynli 1-ci, Aliyə Əliyeva 2-ci, Lalə Almas 3-cü nəticə göstərib. Kişilərdə isə Sərdar Vəliyev qızıl medal, Nurlan Rəhimli gümüş medal, Anar Cavadzadə bürünc mükafata sahib çıxıblar.
Azərbaycan çempionatı qadınlar Yaylagül Ramazanova qızıl medal, Fatimə Hüseynli gümüş medal, Dilguşə Sadıqova bürünc medal qazanıb.
Kişilərdə Məhəmmədəli Əliyev 1-ci, Nurlan Rəhimli 2-ci, Hüseyn Məhərrəmov 3-cü yerə layiq görülüb.
Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.
Qabil YUSİFOĞLU
XQ

