Azərbaycan Basketbol Liqasında 12-ci turun oyunları keçirilib

post-img

8-11 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun görüşləri oynanılıb. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu- "Sabah" - NTD (121:76),
"Neftçi" - "Şəki" (82:60)
"Abşeron Lions" - "Gəncə" (98:93).

B qrupu - "Quba" - "Ordu" (111:116),
"Sərhədçi" - "Lənkəran" (69:72),
"Naxçıvan" - "Sumqayıt" (97:80)

Qeyd edək ki, 12 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə "Ordu" klubu maksimum nəticə ilə liderliyini davam etdirir.  Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun oyunlarına 16 yanvarda start veriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman