AFFA klubları cərimələyib

post-img

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

AFFA-dan verilən məlumata görə, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 2500 manat cərimələnib.

“Qarabağ” isə azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün “Qarabağ” daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.

Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.

Ə.QABİL
XQ

İdman