Dünən Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib. “Bank Respublika Arena”da təşkil olunan qarşılaşmada paytaxt təmsilçisi “Sabah” Ağdamın “Qarabağ” komandasını qəbul edib. FİFA referisi Elçin Məsiyevin idarə etdiyi oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Beləliklə, “Sabah” 15 oyundan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. Ağdam təmsilçisi isə 33 xalla ikinci pillədə yer alıb.
Qabil YUSİFOĞLU
XQ

