Milli antidopinq hesabatı

post-img

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci ildə son iclası keçirilib. Agentlikdən verilən məlumata görə, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə keçən mərasimdə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayında görülən işlər barədə təqdimatla çıxış edib.

Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülən işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb.

Bundan əlavə, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

Qabil YUSİFOĞLU
XQ

İdman