“Güləş Qarabağda” kampaniyası Füzulidə başa çatıb

post-img

Güləş Federasiyasının keçirdiyi “Güləş Qarabağda” kampaniyası başa çatıb.

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyilə təşkil edilən kampaniya Füzuli rayonunda başa çatıb. Güləşin ulduzları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.

Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov öz növbəsində AGF-yə və titullu güləşçilərə təşəkkürünü bildirib, bu görüşün gənc nəsilə böyük motivasiya olduğunu qeyd edib. 

Daha sonra yeniyetmə və gənc güləşçilərə federasiyanın hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bununla da “Güləş Qarabağda” kampaniyasına yekun vurulub. Xatırladaq ki, kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakıyla Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.

Qeyd edək ki, kampaniyanın məqsədi işğaldan azad edilmiş torpaqlarda Azərbaycan güləşinin ənənələrini təbliğ etmək, populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.

Qabil YUSİFOĞLU
XQ















İdman