Beynəlxalq Cüdo Federasiyasının “Cüdo Mükafatları 2025” (“Judo Awards 2025”) səsverməsində Azərbaycan Cüdo Federasiyasının icra etdiyi iki sosial layihə namizəd kimi təqdim olunub. Səsvermə 15 yanvar 2026-cı il tarixində yekunlaşacaq.
Namizəd layihələr:
– İlin uşaqlar üçün cüdo layihəsi (Judo for Children Project of the Year): Cüdoya İlk Addım (First Step into Judo)
– İlin sülh naminə cüdo layihəsi (Judo for Peace Project of the Year): Ümumdünya Cüdo Günü: Sülh (World Judo Day – Peace)
Qeyd edək ki, qaydalara əsasən hər iştirakçı qeydiyyatdan keçərək hər kateqoriya üzrə 1 dəfə səs verə bilər.
Səsvermədə iştirak üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
XQ

