UEFA ÇL-də III tur

post-img

UEFA Çempionlar Liqası turnirinin liqa mərhələsində III tura start verilib. İlk oyun günündə baş tutan qarşılaşmalarda “Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos” klubuna böyük hesabla qalib gəlib – 6:1. İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko” komandasına, İtaliyanın “İnter”i isə Belçikada “Union”a 4 cavabsız qol vurub.

Fransanın PSJ komandası Almaniyada “Bayer”ə 7:2 hesabı ilə qalib gəlib. Niderlandın PSV futbolçuları isə İtaliyanın “Napoli” komandasının oyunçularını 6 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər – 6:0.

Turun digər oyunlarında “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) – 0:0, “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) – 2:4, “Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:0, “Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:2 hesabı qeydə alınıb.

Dünən axşam turun daha 9 oyunu baş tutub.

Y.QABİL
XQ

İdman