III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
XQ xəbər verir ki, azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb. Bundan başqa, qadınların mübarizəsində isə Xanna Əliyeva eyni növdə üçüncü olub.
Qeyd edək ki, daha öncə X. Əliyeva gümüş mükafat qazanıb. Beləliklə, idmançılarımız turniri 3 medalla başa vurublar.