Dünən Misli Premyer Liqasında V tura start verilib.
İlk olaraq “İmişli” “Karvan-Yevlax”ın qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan oyunda İmişli futbolçuları rəqibin qapısından 3 cavabsız top keçirib.
Günün ikinci matçında turnir cədvəlində 8 xalla dördüncü sırada olan “Zirə” 5 xalla 5-ci pillədə olan “Şamaxı”nı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun bakılıların xeyrinə başa çatıb–2:1.
Qeyd edək ki, turun digər matçları bu gün və sabah keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ