Ronaldudan “het-trik”

post-img

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliyanın “Riu Ave” komandası ilə yoxlama oyununda “het-trik” edib.

Portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib. Penaltidən 3-cü qola imza atan Ronaldu daha sonra əvəzlənib.

Qeyd edək ki, Ronaldunun iki yoxlama görüşündə 4 qolu var. Bundan əvvəl o, iyulun 30-da Fransanın “Tuluza” komandası ilə matçda (2:1) fərqlənib.

“Əl-Nəsr” – “Riu Ave” görüşü 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Məhəmməd Simakan açıb.

M.HACIXANLI 
XQ 

İdman