Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Superkubokuna təyinat alıb. UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək. Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.
M.HACIXANLI
XQ