Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) konfransı keçirilib. Konfransda ASF-nin prezidenti Zaur Əliyev rəhbərlik etdiyi qurumun strategiyası ilə bağlı ümumi məlumat verib.
O, Azərbaycanda üzgüçülüyü inkişaf etdirmək, bu idman növünə maraq yaratmaq və daha geniş kütləyə çatdırmaq niyyətində olduqlarını, eyni zamanda daha böyük nailiyyətlər əldə etmək istədiklərini bildirib. Daha sonra ASF-nin yeni loqosu təqdim olunub.
Gənclər və idman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov və digər çıxış edənlər federasiyasının vacib işlər gördüyünü bildiriblər, bu yolda uğurlar arzulayıblar. Natiqlər bu idman növünün Azərbaycanda inkişaf edəcəyinə inandığını söyləyiblər.
Daha sonra federasiyanın inkişaf strategiyası təqdim olunub.
M.HACIXANLI
XQ