Stolüstü tennis üzrə güclü komandalar müəyyənləşib

post-img

Stolüstü tennis üzrə Azərbaycan çempionatının komanda yarışlarında qalib və mükafatçılar məlum olub.

Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” 2-ci, “Bakı-3” və “Şabran” kollektivləri 3-cü yeri tutublar. Qadınların yarışından “Sumqayıt-1” qalib ayrılıb. “Bakı-1” 2-ci, “Bakı-2” və “Sumqayıt-2” 3-cü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Yarışa mayın 17-də yekun vurulacaq.

L.AZAD
XQ

İdman