Fərid Qayıbov FİBA-nın Baş katibini qəbul edib

post-img

Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov FIBA-nın baş katibi Andreas Zaqklisi qəbul edib.

Görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov və idman direktoru Turqay Zeytingöz, FIBA 3x3 basketbol yarışları üzrə menecer Yovana Vukoye da iştirak ediblər.

İdman