Avropa çempionatında 2 bürünc

post-img

Monteneqronun paytaxtı ­Podqoritsada keçirilən Avropa çempionatında komandamızın çıxışı davam edir.  

Yarışda təmsilçilərimiz Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində, ümumilikdə, 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. 

L.QURBANOVA
XQ

 

İdman